Özbəkistanda qaz yatağında qəza olub, ölənlər var

  • By Günel
  • 18 Sentyabr 2024 15:50

Özbəkistanın Baysun rayonundakı “Müstəqilliyin 25 illiyi” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.

Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı hadisədir.

“Biz yeddi müxtəlif növ qazı ölçürük, lakin normativlərin aşılması halları olmayıb”, – nazir müavini bildirib.

Gununsesi.info