Özbəkistanda vaxtından əvvəl prezident seçkilərinə start verildi

  • By admin
  • 24 Noyabr 2016 12:24

shavkat_mirziyoev_2016-09-06_2

Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsverməyə start verilib.

Gununsesi.info Özbəkistan Mərkəzi Seçki Komissiyasına istiandən xəbər verir ki, noyabrın 24-dən etibarən dekbarın 4-də keçiriləcək prezident seçkiləri  ilə əlaqədar olaraq vaxtından əvvəl  səsverməyə start verilib.
“Özbəkistanda prezident  seçkiləri haqqında” qanuna uyğun olaraq  seçki günü  öz yaşayış məntəqəsində  səsvermə imkanı olmayan şəxslər seçkidən öncə səsvermə hüququna malikdirlər.
Səsvermə hər gün səhər saat 9.00-da başlayır  18.00-da bitir.
Vaxtından əvvəl seçkilər seçki gününə on gün qalmış başlayır  və bir gün qalmış bitir.
Vaxtından əvvəl səs verəcək şəxs səsvermə günü ola bilməyəcəyi səbəblərini göstərməklə ərizə vasitəsi ilə seçki məntəqlərinə müraciət etməlidir. Seçki məntəqəsi də vətədaşdan  ssəvermə günü ölkədə olmayacağı ilə bağlı hər hansı sənəd tələb edə bilməz.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının  verdiyi məlumata görə, prezident seçkiləri ilə bağlı ölkə ərazisində 9381 seçki məntəqəsi yaradılıb və bu məntəqələrdə 21,435 milyon seçici səs verəcək.
Prezident postu uğrunda   dörd siyasi partiyanın namizədi mübarizə aparır.
Hazırda namizədlər seçki kampaniyasını davam etdirir.
Gununsesi.info