
İslam Kərimovun ölümündən sonra Özbəkistan cəmiyyəti üçün ən böyük təhlükə radikal qruplaşmalardır.
Gununsesi.info xəbər verir ki, bunu rusiyalı politoloq Qalina Solonina deyib.
“Kərimov uzun illlər radikalizmin qarşısını aldı. Bu məsələ xalq tərəfindən müsbət qarşılana bilər. Hazırda isə önəmli olan ölkənin daxili sabitliyidir. Hər kəsi maraqlandıran sual budur. Yeni dövlət başçısı radikallara qarşı necə mövqe sərgiləyəcək. Əgər cihadçılara rəğbət bəsləyən biri gələrsə, hər şey 180 dərəcə dəyişə bilər”, – Solonina deyib.
Gununsesi.info