

Özbəkistanda prezident seçkilərində namizədliyinin irəli sürülməsinə start verildi.
Artıq iki şəxs Özbəkistanda dekabrən 4-də keçirləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının Facebook səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, İş adamlarının təmsil olunduğu Özbəkistan Liberal-Demokrat Partiyasndan (UzLiDep) prezidentliyə namizəd ölkənin Baş naziri Şövkət Mirzoyev, “Milli Dirçəliş” Partiyası isə öz lideri Sarvar Otamuradovun prezidentliyə namizədliyini irəli sürüb. Özbəkistan MSK sentyabrın 16-dan etibarən prezidentliyə namizədlərin irəli sürülməsi kampaniyasına start verib. İlk olaraq UzLiDep baş nazir Şövkət Mirzoyevin namizədliyini, daha sonra isə “Milli Dirçəliş” Partiyası namizədini irəli sürüb.
Qeyd edək ki, sentyabrən 2-də 78 yaşlı Özbəkistan prezidenti İslam Kərimov dünyasını dəyişib. Müvəqqəti olaraq onun vəzifəsini Baş nazir Şövkət Mirzoyev icra edir.
Növbədənkənar prezident seçkiləri 2016-cı ilin dekabrın 4-nə təyin edilib.
Gununsesi.info