
Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axır.
Gununsesi.info “gazeta.uz”a istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılıb.
Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Buradan Kərimovun nəşi təyyarə ilə Smərqəndə yola salınıb.
Qeyd edək ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.
Qeyd edək ki, İslam Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Gununsesi.info