“Dövlət başçısı hələ 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı Xivədə keçirilən görüşdə “Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır” demişdi.
Əgər istəyiriksə, xalqlarımız arasındakı yaxınlıq daha da güclənsin, rus və ya başqa dilə ehtiyac olmadan ünsiyyət qura bilək, özbək telekanallarının Azərbaycanda yayımı təşkil edilməlidir”.
Bu fikirləri Gununsesi.info-ya araşdırmaçı jurnalist Elman Cəfərli deyib.
“1991-ci ildə ilk dəfə Türkiyənin “Star TV” kanalı Azərbaycanda yayımlananda aparıcıların dediyi sözlərin əksəriyyətini başa düşmürdük. Amma bu gün Azərbaycanda türk dilini başa düşməyən yoxdur.
Özbəkistanda son illərdə kifayət qədər keyfiyyətli serial və filmlər çəkilib. Azərbaycan tamaşaçısı həmin filmləri tərcüməsiz, orjinaldan izləməlidir.
Bakıda və Gəncədə özbək şair və yazıçılarının kitab sərgiləri, ədəbi görüşlər təşkil olunmalıdır.
Bu cür mədəni layihələr artsa qısa müddətdə Azərbaycan türkcəsi ilə özbək dili arasında ünsiyyət və qarşılıqlı anlaşma daha da asanlaşacaq”.
Şəbnəm











