Özbəkistan prezidenti Lukaşenkonun cavabını verdi

  • By admin
  • 14 Yanvar 2022 09:00

Özbəkistan prezidenti Şevkət Mirziyoyev Belarus lideri Aleksandr Lukaşenkonun “Özbəkistan Qazaxıstan olaylarından dərs götürməlidir” bəyanatına sərt reaksiya verib.

Gununsesi.info-nun xəbərinə görə, özbək liderinin bu çıxışı KTMT və dolayısı ilə Putinə şillə kimi qiymətləndirilib.
O, deyib: “Bəzi dövlət başçıları əsassız bəyanatla çıxış etdilər ki, Özbəkistan Respublikası Qazaxıstanda baş verənlərdən ibrət götürməlidir.Biz regiondakı vəziyyəti və bütün təhlükəsizlik təhdidlərini diqqətlə izləyirik. İstənilən təhlükə və zərbəyə layiqincə cavab vermək üçün kifayət qədər gücümüz və potensialımız var!”

Gununsesi.info