Özbəkistan sakini Trampdan şikayət etmək üçün polisə zəng etdiyinə görə cərimələnib

  • Müəllif: Orxan
  • 14 Yanvar 2026 12:32

Özbəkistanda yerli sakin ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu qaçırması ilə bağlı telefonla polisə şikayət etdiyinə görə cərimələnib.

Gununsesi.info bu barədə RİA Novosti agentliyinə istinadən məlumata verir.

Qeyd olunur ki, bu zəng təhlükəsizlik xidmətlərinin qəsdən yalan siqnalı hesab edilib. Kişi günahını etiraf edərək, sərxoş vəziyyətdə və potensial nəticələrdən xəbərsiz hüquq-mühafizə orqanlarına zəng etdiyini bildirib. Məhkəmə onu 100 dollar cərimə edib.

Maqsud

Gununsesi.info