Özbəkistanda partlayış: çoxlu sayda ölənlər var

  • By admin
  • 30 Yanvar 2023 17:57

Özbəkistanın Qaraqalpaqıstan Muxtar Vilayətində binada yaşanan təbii qaz partlaması zamanı 5 nəfər dünyasını dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar Nazirliyi tərəfindən edilən açıqlamada olayın 4 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşandığı açıqlanıb.

Hadisə zamanı binada olan bütün evlərə zərər dəyib.

Hadisə yerinə tibb işçiləri və xilasetmə qüvvələri gəlib. 2 nəfərin yaralandığı bildirilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info