Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub - FOTOLAR

  • By admin
  • 16 Oktyabr 2017 15:06

1111111223022477_1099783

Bolqarıstanda keçirilən Veteranların güləş üzrə Dünya Çempionatında Özbəkistanda yaşayan azərbaycanlı güləşçi Mais İbadov dünya çempionu olub.

Gununsesi.info-nun xəbərinə görə, Mais İbadov bu yarışda finala kimi Almaniya, Moldova və Bolqarıstan güləşçilərini məğlub edib. Finalda isə İran güləşçisinə böyük hesabla qələbə çalaraq veteranlar arasında 3-cü dəfə dünya çempionu adını qazanıb.

Mais İbadov öz qələbə sevincini  bölüşüb: “Mən bu yarışa ötən ilin noyabrından hazırlaşmağa başlamışdım. Hədəfim çempion olmaq idi. Şükürlər olsun ki, məqsədimə çatdım: Azərbaycanın bayrağını qaldırdım, himnimiz səsləndirildi. Bundan böyük xoşbəxtlik yoxdur. Özbəkistandakı soydaşlarımız mənə inanırdılar. Mən də soydaşlarımzın inamını doğrultdum. Mən hər zaman Azərbaycanının bayrağını qaldırmışam. Azərbaycanla yaşayıram və nəfəs alıram. Bu gün Azərbaycan güclü dövlətdir və dünyada tanınır. İnanıram ki, diasporun dəstəyilə gələcəkdə Özbəkistanda, eləcə də dünyanın digər ölkələrində güclü idmançılarımızın sayı daha çox olacaq”.

3 qat dünya çempionu ona bu yarışa hazırlaşmaqda və getməkdə dəstək göstərənlərə minnətdarlığını bildirib: “Bir ilə yaxın idi ki, məni bu yarışa Özbəkistanda Koldaş Asrakulov hazırlaşdırırdı. Eyni zamanda Azərbaycanda sərbəst güləş üzrə idmançımız Elman Əsgərovla da daim əlaqə saxlayıb fikir və təcrübələrindən yararlanırdım. Hər iki idmançıya öz minnətdarlığımı bildirirəm. Ayrıca Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin işçilərinə təşəkkür edirəm. Səfir Hüseyn Quliyev həmişə hər hansı yarışa hazırlaşanda mənimlə maraqlanıb. Səfirimizin mənəvi dəstəyini hər zaman hiss etmişəm. O, bir böyük, ağsaqqal kimi hər zaman bizə diqqət göstərib”.

Mais İbadov Azərbaycan Güləş Federasiyasının ona göstərdiyi diqqəti xüsusi dəyərləndirdi: “AGF həmişə mənə dayaq olub. Əvvəlki kimi, bu yarışda da dəvətnamə və sənədləşmə işində AGF öz dəstəyini əsirgəmədi. Bu dəstəyə görə AGF-nin prezidentiFazil Məmmədova, I vitse-prezident Namiq Əliyevə, idman şöbəsinin müdiri Orxan Məmmədova və digərlərinə öz minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Mais İbadov 1994-cü ildən Özbəkistanda yaşayır. Güləş üzrə Azərbaycan, SSRİ və Asiya çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır.

222222235914201_118244 333333333 223023280_1095714 223022517_1104169
Gülnaz Qənbərli
Gununsesi.info