
Türk şou-biznesinin məhşur isimlərindən Özcan Deniz sabah Bakıya gələcək.
Gununsesi.info xəbərinə görə, Ö.Dəniz noyabrın 26-da Nizami Kino Mərkəzində “İkinci şans” filminin qala gecəsində iştirak edcək.
Gecədə filmin baş rol ifaçıları Özcan Deniz və Nurgül Yeşilçayla birlikdə Mesut Can Tomay da iştirak edəcəklər.
Ö.Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insanlar – riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.
Avşar film və DNZ filmin istehsalı olan ekran işinə baxdıqdan sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Gülnaz Qənbərli
Gununsesi.info