“Özlərini ifşa etmiş siyasiləri başlanan prosesə yaxın buraxmaq olmaz” - ekspert

  • By admin
  • 27 İyul 2016 12:24

ar

“Ermənistandakı mövcud vəziyyətin həlli variantları ən pis halda qan tökülmə və ölkənin bütün sahələrdə kəskin zəifləməsi ilə nəticələnəcək”.

Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, bu fikri erməni ekspert Arutyun Mesropyan silahlı qruplaşmasnın polis post-patrul alayının binasını ələ keçirməsindən sonra ölkədə yaranmış mövcud vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, ən yaxşı halda bu dəsətə hakimiyyəti ələ keçirə bilər. “Ancaq məni qorxudan odur ki, hakimiyyəti idarə edəcək komandası yoxdur. Baş verən proseslər faktiki olaraq bunu sübut edir”-deyə, erməni ekspert vurğulayıb. Ekspert təklif edib ki, hazırki məqamda hər hansı təxribat xarakterli çıxışlara yol verməməlidir. “Çünki onun hansı nəticələrə gətirib çıxaracağı bəlli deyil”- deyə,o, qeyd edib. Ekspert onu da əlavə edib ki, səhnədə olan və özlərini ifşa etmiş siyasiləri başlanan prosesə yaxın buraxmaq olmaz: “Özlərini ifşa edən və doğrultmayan siyasilər bu proseslərdə iştirak etmək hüququnu itiriblər. Onların bu proseslərdə iştirakı cəmiyyətdə başqa fikir oyada bilər”. Ermənistanda ifşa olunmamış siyasilərə gəldikdə, ekspert bunları deyib: “Məgər biz qarşıımıza cəmiyyətdə təmiz, özünü ifşa etməyən, vicdanlı siyasi lider axtarışın qarşımıza məqsəd qoymuşuq? Məgər biz profesionalları bu prosesə cəlb etməyi qarşımıza məqsəd kimi qoymuşuqmu? Bizə yeni düşüncə lazımıdr. Biz təmiz özünü siyasi cəhətdən ifşa etməyən şəxslər lazımdır. Biz son 25 ildə Ermənistnda gərək belə bir siyasi liderlər yetişdirməli idik. Təəssüflər olsun ki, hazırda belələri yoxdur”- deyə, erməni ekspert vurğulayıb.

Gununsesi.info