Özlərindən xəbərsiz adları işdə gedən gəncəlilər… - 190 MANATDAN MƏHRUM OLUNMALARI BU SİRRİN ÜSTÜNÜ AÇIB

  • By admin
  • 06 May 2020 10:50

Koronavirus pandemiyasından zərəçəkən imkansız ailələrə verilən dövlət yardımları bəzi qurumların korrupsiya əməllərinin ifşasına səbəb olub.

Gununsesi.org-un xəbərinə görə, 190 manat dövlət yardımını almaq üçün qeydiyyata düşmək istəyən vətəndaşlar gözlənilməz halla üzləşib. Belə ki, 190 manatdan məhrum edilən bir qrup Gəncə sakininə bildirilib ki, şəhərin Mənzil Kommunal Təsərrüfatı Birliyində adları işçi kimi gedir və aylıq 241 manat maaş alırlar.

Məlum olub ki, Gəncənin MKTB -nin rəisi İlham Quliyev vəzifə səlahiyyətlərindən istifadə edərək, bu əməli törədib. Bu işdən  isə Birliyin Nurəhməd və Gilas adlı işçilərin xəbərdar olduqları deyilir.

Bu faktdan xəbərdar olan şəhər sakinləri dünən icra hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna axışıb.

Gununsesi.org-un sorğusuna cavab verən Gəncə şəhər MKTB-nin rəisi İlham Quliyev onda belə bir məlumat olmadığını deyib: “Əgər konkret belə vətəndaş varsa, biz araşdıraq. Kimlərsə belə fikir yayırsa, aydınlaşdırmaq lazımdır”

Gununsesi.org