Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ra Paulet adlı sənətçi Meksika çöllərində ele bir şah əsəri yaradıb ki, görənlər öz heyranlığını gizlədə bilmir. Belə ki, həyatının 25 ilini öz köpəyi ilə cəmiyyətdən uzaqda keçirən Paulet bütün vaxtını divar oymağa həsr edib. Nəticədə isə sözün əsl mənasında sənət əsəri ortaya çıxıb.
Sənətkar insanların özünü psixoloji cəhətdən rahat hiss etmələrini təmin etmək məqsədilə bu mağaranı yaratdığını bildirib. Onun sözlərinə görə, məkanda işlər tamamilə bitdikdən sonra buranı müxtəlif sərgilərin keçiriləcəyi bir salona çevirəcək. Pauletin həyatının təxminən yarısını həsr etdiyi bu sənət əsəri görənləri heyran edir.
İşin qəribə tərəfi isə odur ki, təbiətdən ilham alaraq bu mağaranı yaradan Ra Paulet özünü sənətkar kimi görmür.
Gununsesi.info