“Özümü gözəl hesab etmirəm” - Nərgiz Cəlilova

  • By admin
  • 03 Dekabr 2019 16:33

Əməkdar artist Nərgiz Cəlilova İTV-də yayımlanan “Fatehin divanı” proqramında qonaq olub.

Gununsesi.org xəbər verir ki, DJ Fatehin suallarını cavablandıran aparıcı gözəlliyi ilə bağlı ona deyilən təriflərə cavab verib:

“Özümü heç vaxt gözəl hesab etməmişəm. Mənə ən çox olunan iltifat budur. Bu, mənə qəribə gəlir”.

Veriliş zamanı onun qızı ilə olan fotosu nümayiş etdirilib. Sənətçi “Bir qızım var. Hazırda 32 yaşındadır” deyə, söyləyib.