“Özümü öldürmək üçün bir qatil tutmaq istədim”

  • By Günel
  • 01 Avqust 2024 17:50

8 il əvvəl Bred Pittlə aralarında sevgi münasibəti bitən məşhur Hollivud ulduzu Ancelina Coli diqqətçəkən etiraflar edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşında ikən özünü öldürməyi düşündüyünü və bunun üçün bir qatil tutmaq istədiyini açıqlayan aktrisa tez bir zamanda maqazin gündəminə çevrilib.

Bir zamanlar dünyanın ən məşhur cütlüyü olan Ancelina Coli ilə Bred Pitt arasında 2005-ci ildə başlayan eşq macərası 2016-cı ildə qalmaqallı şəkildə bitmişdir. Coli iddia edib ki, Pitt təyyarə səfəri zamanı özünə və uşaqlarından birinə qarşı zorakılıq etmişdir.

Qanlı bıçaq olan cütlüklərdən biri Ancelina Coli keçmişi ilə bağlı təəccüb doğuran etiraflar edib.

İllər əvvəl verdiyi bir müsahibədə 22 yaşında intihar etmək istədiyini bildirən aktrisa yaşadığı çətin günlərdən danışıb.

Beni öldürmesi için kiralık katil tutmak istedim

Məşhur aktrisa 2001-ci ildə, həyatına son qoymaq üçün qatil tutduğunu açıqlayıb.

“Bu qulağa inandırıcı gəlməyə bilər, amma bir zamanlar, özümü öldürmək üçün bir qatil tutmaq istəmişdim. Öz canımı almaqdansa öldürülməyi üstün tuturdum, düşünürdüm ki, belə olduqda ailəm və məni sevən insanlar üçün daha asan olardı”,- deyə ulduz bildirib.

Ancelina Coli həyatındakı bəzi dəyişikliklərdən sonra bu qərarından vaz keçdiyini bildirib.

Beni öldürmesi için kiralık katil tutmak istedim

Günel

Gununsesi.info