Özünə qəsd edən hər bir əsgər və zabiti necə qoruyacağımızın yollarını tapmalıyıq” – Zahid Oruc

  • By admin
  • 24 Noyabr 2023 11:59

Hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxxəsis gərəkdir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc Azərbaycan Universitetinin Sent-Luis Vaşinqton Universiteti (ABŞ), Sakarya Universiteti (Türkiyə) və Sosial Tədqitalar Mərkəzinin birgə təşkil etdiyi  “Sosial iş və Sosial tədqiqatlar” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var:

İndi Böyük Qayıdış qarşısındayıq. 30 ildən sonra doğma torpaqlarına dönən hər bir ailə ilə yaxından çalışmaq, onların dayanıqlı məskunluğunu təmin etmək və dağıdılmış ərazilərdə həyatı canlandırmaq ordumuzun işi qədər müqəddəsdir. Biz postmüharibə sindromunu-amansız savaşdan sabit həyata dönüşün çətinliyini yaşayan Birləşmiş Ştatlar, yaxud Almaniyanın təcrübəsində olduğu kimi, ölkəmizdə də özünə qəsd edən hər bir əsgər və zabiti necə qoruyacağımızın yollarını tapmalıyıqİndi ata-baba yurduna qayıdan insanları müxtəlif mənəvi-psixolji, o cümlədən mədəni və sosial qayğı ilə əhatə etməsək, düşmən hər gün mina, məmur diqqətsilziyi, kommunikasiya boşluğunu ələ alıb  Qayıdışa qarşı təxribatlarını gücləndirəcəklər. Universitetlərimiz, ali təhsil ocaqlarımız millətimizin qabaqcıl qüvvələridir. Uzun on illər təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda Heydər Əliyev Fondu ən böyük sosial xidmətçi olduğunu sübuta yetirib”.

Zahid Oruc vurğulayıb ki, ölkəmizdə 2005-ci ildə təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi mütəxəssisi hazırlığına başlanılıb. “Hazırda respublikamızın 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir. Müvafiq hüquqi bazada-“Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır. Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir. Bir çox universitetlər  Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasına (SİMBA- IASSW ) üzv olublar”, – deyə o əlavə edib.

Gununsesi.info