Moldovalı model 26 yaşlı Kseniya Deli misirli iş adamı, “Amiral” şirkətinin sahibi, 62 yaşlı milyoner Ossama Fati Raba Əl-Şəriflə evlənib. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dəbdəbəli toy etdirən cütlüyün toy şənliyi öz möhtəşəmliyi ilə dillər əzbəri olub. Toy mərasimi Yunanıstanın “Santorini” adasında keçirilib.
150 qonağın qatıldığı şənlik 1 milyon avrodan baha başa gəlib. Gələn qonaqlar adanın ən nyaxşı otellərində yerləşiriliblər.
Qeyd edək ki, Kseniya Delinin anası moldovalı, atası isə türkiyəlidir.