Özünü Əfqanıstanın prezidenti elan etdi - BAŞ NAZİRDƏN GÖZLƏNİLMƏZ ADDIM

  • By admin
  • 01 Oktyabr 2019 10:57

Əfqanıstanın baş naziri Seçki Komissiyasının rəsmi açıqlamasını qabaqlayaraq, özünü 3 gün öncə ölkədə keçirilən prezident seçkilərinin qalibi elan edib.

Gununsesi.org SalamNews-a istinadla xəbər verir ki, Əfqanıstanda seçki bületenlərinin sayımı bitmədən Abdullah Abdullah özünü qalib elan edib.

 

O, ötən gün keçirilən mətbuat konfransında bildirib ki, qalibdir və seçkilər hətta ikinci mərhələyə qalmayacaq.

 

Qeyd edək ki, Abdullah 2009 və 2014-cu illərdə prezident seçkilərində qalib gələ bilməmişdi.

 

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının sədri Həbib Rəhman Nanaği bu açıqlamanı qınayıb və rəsmi nəticələri gözləmənin zəruri olduğunu deyib.

 

Bildirək ki, Əfqanıstanın prezident seçkiləri Talibanın təhdidləri fonunda keçirilib. Məlumata görə bu seçkilərdə 9.6 milyon əfqanlı 13 namizəddən birini prezident olaraq seçə bilərlər. Qeyri rəsmi məlumatlara görə, səsvermə səlahiyyətinə malik olanlardan təqribən 30 faizi seçki məntəqələrinə gediblər.

Gununsesi.org