Özünü 16-cı mərtəbədən atdı

Ötən gecə Bakının Xətai rayonu ərazisində intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, S.Ə.Şirvani küçəsində yaşayan 1998-ci il təvəllüdlü Vəfa Zülfəli qızı Səfərova özünü 16-cı mərtəbədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info