Özünü Afrika lideri kimi təqdim edib, baş naziri aldatdı

  • By admin
  • 02 Noyabr 2023 12:29

Rusiyalı komediyaçıların zarafatlarına məruz qalan İtaliyanın baş naziri Giorgia Meloninin Ukrayna müharibəsi və Avropaya təsir edən qeyri-qanuni miqrasiya ilə bağlı dedikləri üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, “Vovan&Lexus” kimi tanınan rusiyalı komediya ustaları Vladimir Kuznetsov və Aleksey Stolyarovun sentyabrın 18-də etdikləri və İtaliya Nazirlər Kabineti tərəfindən dünənki açıqlama ilə təsdiqlənən zarafatyana zəngin lent yazısı sosial mediada və İtaliya mətbuatında yayılıb.

Özünü Afrika lideri kimi təqdim edən və onunla danışan rus komediya ustalarını ilə telefon danışığında Meloni bunları deyib:

“Ukraynadakı münaqişə ilə bağlı hər tərəfdə yorğunluq var. Hər kəsin çıxış yolu lazım olduğunu anlayacağı an yaxınlaşır. Problem beynəlxalq hüququ pozmadan hər iki tərəf üçün məqbul olan çıxış yolu tapmaqdır. Ukraynanın əks-hücumları gözlənildiyi kimi getmir. Bu, münaqişənin taleyini dəyişmədi. Hər kəs başa düşür ki, əgər biz bir həll tapmasaq, bu, uzun illər çəkə bilər. Ancaq məlum oldu ki, ukraynalılar üzərlərinə düşəni, düzgün olanı edirlər və biz də onlara kömək etməyə çalışırıq”.

Üstəlik, sözügedən söhbətin lent yazısına görə, Meloni həmsöhbətinin qeyri-qanuni miqrasiya ilə bağlı fikirlərini soruşduqda çətin vəziyyətlə üzləşdiklərini bildirir.

Meloni həmsöhbətindən “Nigerdə ​​baş verənlər Fransaya qarşıdırmı?” və “Fransa müdaxilə edirmi?” suallarını verdiyi də qeyd olunur.

Dünən İtaliya Nazirlər Kabinetindən Meloninin rus komediyaçıların zarafatcıl telefon danışığına məruz qalması xəbəri ilə bağlı verdiyi yazılı açıqlama verilib. “Baş nazirin Diplomatik Müşavirinin Ofisi özünü Afrika İttifaqı Komissiyasının prezidenti kimi təqdim edən saxtakar tərəfindən aldadıldı. Sözügedən şəxsin baş nazirlə (Meloni) görüşünü təşkil etdiyinə görə təəssüflənirik”, – deyə açıqlamada bildirilib.

Gununsesi.info