Balakəndə qeyri-adi intihara cəhd hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, rayon xəstəxanasının Terapiya şöbəsində müalicə alan 50 yaşlı Balakən sakini öncə özünə 30 bıçaq zərbəsi vurub, nəfəs borusunu kəsib, daha sonra xəstəxananın ikinci mərtəbəsindən yerə tullanaraq intihara cəhd edib. Günorta saatlarında Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 50 yaşlı Zeynulla Hudulov 2-ci mərtəbədən özünü atıb. Dərhal xəstəxanaya yerləşdirilən yaralıya həkimlər baxış keçirib və məlum olub ki, Zeynulla Hudulov özünü atmazdan əvvəl qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib,boğazını kəsib. Ağır xəsarətlər alan 50 yaşlı şəxs dünyasını dəyişib.
Gununsesi.info