Özünü Buddaya həsr edən keşiş gilyotinlə başını kəsdi – FOTO

  • By admin
  • 21 Aprel 2021 07:42

Taylandda özünü Buddaya həsr edən keşiş gilyotinlə başını kəsib.

“Daily Mail” xəbər verir ki, 68 yaşlı Tammakorn Vanqpriça beş ildən çoxdur ki, bu məqamı planlaşdırıb.

O hesab edib ki, bu addımı ona digər dünyada yaxşı şans gətirəcək.

11 il məbəddə xidmət etən keşişin meyitinin yanında məktub da tapılıb.

Məktubda keşiş baş kəsməyin Buddanı tərifləmək olduğunu bildirib və sonrakı həyatında daha yüksək ruhani varlıq olaraq başını və ruhunu ona həsr etdiyini vurğulayıb.

Hadisədən sonra 300-dən çox insan məbədə toplaşıb. Onun cəsədi tabuta, başı isə şüşə qaba qoyulub.

Beynəlxalq Buddizim Ofisi hadisə ilə bağlı açıqlama yayaraq qeyd edib ki, bu cür tətbiqlər dində təşviq edilmir, bu, özünü həsr etmək yox, intihardır və yerli idarəetmələr bu kimi çağırışlara əməl etməsinlər.