Özünü evin həyətində asdı

  • By admin
  • 24 İyul 2017 13:34

intihar

Bərdə rayonunun Hacallı kəndində yaşayan şəxs özünü həyətdə asıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb.

Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info