Özünü “peyğəmbər” elan etdi, vəftiz zamanı timsahlar parçaladı

  • By admin
  • 25 Yanvar 2024 16:25

Cənubi Afrika Respublikasında vəftiz zamanı timsahların hücumu nəticəsində “yalançı peyğəmbər” ölüb.

Gununsesi.info xəbər verir ki, Cənubi Afrikanın News 24 xəbər portalının məlumatına görə, özünü peyğəmbər elan edən 48 yaşlı kişi Apel bölgəsindəki çayda vəftiz olunarkən timsahların hücumuna məruz qalıb.

Polis sözçüsü Malesela Ledvaba bildirib ki, axtarışlar nəticəsində timsahlar arasında “yalançı peyğəmbərə” aid olduğu düşünülən bədən hissələri tapılıb.

O, bölgədəki dini liderlərə və yerli sakinlərə xəbərdarlıq edib ki, çaylarda, dərələrdə və bəndlərdə dini mərasimlər keçirməsinlər.

Hər il Afrikada yüzlərlə insan yaşayış məntəqələrini zəbt edən vəhşi heyvanların hücumları nəticəsində həyatını itirir.

Gununsesi.info