
Türkiyənin Konya şəhərində özünü plazanın 42-ci mərtəbəsindəki restorandan atan azərbaycanlı ölüb.
“Gununsesi.org” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaxınlıqdakı alış-veriş mərkəzinin tavanına düşən Tehran Alimoğ adlı gənc 37 gün sonra qaldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə oktyabrın 27-də gündüz saatlarında baş verib. Özünü binanın ən üst mərtəbəsindən atan gənc alış-veriş mərkəzinin tavanına düşüb. Xilasediciləri onu qurtarmaq üçün tavanı qırmalı olublar.
Alimoğun cənazəsi dəfn edilməsi üçün Azərbaycana göndərilib və ailəsinə təslim edilib.









