Özünü polis kimi təqdim edən şəxs ifşa olundu

  • By admin
  • 27 Oktyabr 2022 18:23

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdim edərək pul tələb edən şəxs müəyyən olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-nin Şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

HTML tutorial

 

Onun sözlərinə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib: “Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 – Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur”.

 

Günay

Gununsesi.info