Özünü prokurorluq binasından atan polislə bağlı yeni məlumatlar - VİLAYƏT EYVAZOV DİN-nin XANIM ƏMƏKDAŞINI SƏRƏNCAMA GÖTÜRDÜ

  • By admin
  • 20 İyul 2023 14:10

Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən  zaman özünü ikinci mərtəbədən ataraq öldürən Turalə Aslanova ilə bağlı Gununsesi.info özəl məlumatlar əldə edib.

Saytımızın əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluq işinə görə dindirilən  Turalə Aslanovanın ayrı-ayrı vətəndaşlara 500 min manata qədər borcu olub.

Borclu olduğu şəxslərin sayı isə təxminən 30 nəfərə qədərdir.

Başqa bir məlumatda bildirilir ki, onun  ifadəsində adını çəkdiyi Kəmalə Quliyeva adlı şəxs də polis işçisi olub.

Məlumata görə, bu gün DİN rəhbəri Vilayət Eyvazov Kəmalə Quliyeva adlı polisi sərəncama götürüb.

Turalə Aslanovanın intihar olayına gəlincə, bildirilir ki, onun özünü öldürmək niyyəti olmayıb.

“Çünki, o, prokurorluğun birinci mərtəbəsindən özünü atıb. Sadəcə boynu sındığından vəfat edib” deyə mənbəmiz ekspertizanın rəyində bunun üzə çıxacağını əlavə edib.

Olayla bağlı geniş məlumatı Gununsesi.info-dan izləyə bilərsiniz.

Elmar Elnuroğlu

Gununsesi.info