
İsrailin Qəzza zolağında quru əməliyyatı həyata keçiriləcək və qarşıdakı illər ərzində “qarşılıqlı zorakılıq maşını” işə salınacaq.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“İsrail Qəzzada quru əməliyyatını daim təxirə salır. Əsasən ABŞ-ın təzyiqi və dünyanın qəzəbindən qorxaraq. Amma özünüzü aldatmayın. Əməliyyat baş tutacaq və ən ağır, qanlı nəticələrə səbəb olacaq. Molox (Qurbanlar Allahı-red.) həmişə daha çox və yeni qurbanlar tələb edir. Qarşılıqlı zorakılıq maşını artıq illərlə işləyəcək”, – deyə o, Telegram kanalında yazıb.
Gununsesi.info