Pəhriz zamanı edilən SƏHVLƏR

Pəhriz zamanı edilən SƏHVLƏR

pehriz

 

Tətilə çıxmazdan əvvəl sürətlə arıqlamaq istəyi səhv pəhriz tətbiq etməyə gətirib çıxarır. Pəhriz proqramları qulaqdan-qulağa gəlib çatan yanlış məlumatlarla deyil, hər bir fərdin maddələr mübadiləsi fərqli olduğu üçün insanın özünə məxsus olmalıdır.

Uzun müddət ac qalmaq və ya bir növ qidalanmaqla tez müddətdə çəki azaltmaq bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Türkiyəli dietoloq Sinem Uyğunun tez-tez edilən pəhriz səhvləri haqqında fikirləri ilə sizi də tanış edirik.

  1. Uzun müddət ac qalmaq

Sürətlə arıqlamaq üçün edilən səhvlərin sırasında ilk yeri yemək vaxtını ötürmək və ya uzun müddət ac qalmaq tutur. Yeməklərdən sonra fəaliyyətə başlayan maddələr mübadiləsi, qidaları həzm etmək üçün enerji xərcləyir. Heç qidalanmamaq və ya gündə 1-2 payla kifayətlənmək maddələr mübadiləsini yavaşladır. Sürətlə çəki azaltmaq üçün edilən bu səhv əksinə təsir edərək insanın arıqlamasına mane olur. Yemək vaxtını ötürmək əvəzinə, seçdiyiniz qidaların dəyişdirilməsinin çəki azalmasına kömək olduğunu unutmayın.

  1. Çörəyi qidalanma proqramından çıxarmaq

Pəhriz proqramlarında çörək və karbohidrat ehtiva edən qidaların həddindən artıq yeyilməsi təklif edilmir. Lakin çörəyin pəhrizdən tamamilə çıxarılması mənfi nəticələr doğura bilər. Qidalanmadan çıxarılan çörəyin yerini fərqində olmadan makaron, yarma kimi karbohidrat qrupları ala bilər. Çörəklə birlikdə bütün karbohidratların qidalanma proqramından  çıxarılması isə əzələ itkisi riskinə səbəb olur. Diqqət yetirilməsi lazım olan məqam, çörək və ya  digər karbohidratların miqdarıdır.

  1. Köp yaradacağı üçün az su içmək

Çoxları su içməyin köp yaradacağını düşünür. Lakin əksinədir. Lazımlı miqdarda su içmək  bədəndə şiş meydana gəlməsinə mane olur. Həzm fermentlərinin çalışması üçün kifayət miqdarda su içmək vacibdir. Su içmədikdə həm həzm sistemi, həm də maddələr mübadiləsi  yavaşlayır. Gündəlik ehtiyac duyulan miqdarda su içilmədikdə, çay və ya qəhvə sayını çoxaltmaq  bədəni susuz buraxan, maddələr mübadiləsini yavaşladan və şişkinliyə səbəb olan faktorlardandır.

  1. Tərkibində şəkər olduğu üçün meyvə yeməmək

Meyvələr çox miqdarda şəkər ehtiva edir. Lakin miqdarına nəzarət edilərək yeyildikdə, gün ərzində lazım olan karbohidrat, vitamin və mineralı təmin edər. Bununla yanaşı, meyvələrin antioksidan miqdarı yüksək olduğu üçün maddələr mübadiləsini sürətləndirir və xəstəliklərə qarşı qoruma mövqeyi tutur. Gün ərzində ara pay və ya ana paydan dərhal sonra meyvə yemək çəki artmasına səbəb olmur. Gecə saatlarında və ya gün ərzində çox meyvə yemək isə çəki artmasına səbəb ola bilər.

  1. Sadəcə tərəvəz və meyvə yeyərək arıqlamağa çalışmaq

Kifayət qədər heyvani zülal yeyərək pəhriz saxlamaq insulin kimi zülal quruluşuna malik olan hormon və fermentlərin kifayət qədər istehsal edilməməsi və ya fəaliyyətinə imkan vermir. Tərəvəz və meyvədən alınan bitki mənşəli zülal ilə heyvani qidalardan alınan zülal bədənə eyni formada fayda vermir. Tərəvəz və meyvələrlə zəngin qidalanma proqramı, digər qida qrupları ilə birlikdə tətbiq olunmalıdır.

  1. Sürətlə arıqlamaq üçün bir növ qidalanma

Yalnız tərəvəz və meyvə yeyərək çəki azaltmağa çalışmaq nə qədər yanlışdırsa, yalnız zülala söykənən qidalanma proqramı da eyni dərəcədə təhlükəlidir. Bir növ pəhrizlərin hamısı hər hansı vitamin, mineral və əzələ itkinlərinə səbəb olur. Lazım olduğundan artıq qəbul edilən zülal  bədəndə turşulanmaya səbəb olur və sümüklərdə kalsiumun azalmasına, böyrəklərə yük düşməsinə, bağırsaq florasının pozulmasına gətirib çıxarır. Bu cür pəhrizlərdə ilk günlərdə qısa müddətdə çəki azalsa da, bir müddət sonra maddələr mübadiləsinin yavaşlaması nəticəsində çəki azalması dayanır.

  1. Çəki vermədiyi üçün yağsız məhsullardan çox istifadə etmək

Yeyilən bütün qidalarda olduğu kimi yağsız məhsulların də kalorisi var. Yağsız məhsulların kalorisi digər qidalara nisbətən daha azdır. Lakin bu məhsulların miqdarına diqqət etmədən yemək də çəki artmasına gətirib çıxara bilər. Unutmayın ki, ağ çörək yerinə kəpəkli çörək yemək də karbohidrat qəbuluna səbəb olur. Kəpəkli çörək yeməyin yeganə faydası qan şəkərinin daha yavaş-yavaş yüksəlməsi və əlavə lif qəbuldur.

  1. Yağ yandırdığı üçün çox miqdarda limon yemək

Heç bir qida tək halda yağ yandırılmasını təmin etmir. Təkcə sirkəli və ya limonlu su içmək də yağ yandırılmasını təmin etmir. Limonlu və ya da sirkəli suyun qələvi dəyəri yüksəkdir və maddələr mübadiləsini az da olsa sürətləndirir. Dadı və qoxusu gözəl olan limonlu və ya sirkəli suyu içmək daha asan və xoşdur. Lakin uzun müddət içildikdə mədə problemlərinə yol aça bilər. Limon və sirkəni su ilə qarışdırıb içməkdənsə, salatlara əlavə etmək daha doğru bir seçimdir.

  1. Yeməklərdə tamamilə yağdan istifadə etməmək

Hüceyrə pərdəsinin və hormonların böyük bir qismi yağdan meydana gəlir. Hüceyrələrin və bu səbəbdən bədən funksiyalarının düzgün fəaliyyəti üçün qidalanmada keyfiyyətli yağlar mütləq olmalıdır. Yağsız qidalanmaq, kifayət qədər yağ qəbul etməmək maddələr mübadiləsini yavaşladır və çəki azaltmağı çətinləşdirir. Salatları yağsız yemək, yağda əriyən (A, D, E, K) vitaminlərinin sorulmasının qarşısını aldığı üçün pəhriz saxlayarkən vitamin və mineral qəbulunu azaldır. Bədən üçün lazımlı olan yağları əldə etmək üçün qoz, fındıq, badam kimi yağlı toxumlar yemək məsləhətdir. Bununla yanaşı, yağları ehtiyac olduğu qədər  yemək toxluq müddətini də uzadır.

Gununsesi.info

COMMENTS