Pəhrizdən xaric edilməli olan iki qida: Zərərləri açıqlandı

  • By admin
  • 18 Dekabr 2023 14:11

Bir neçə qida var ki, onları yalnız pəhrizinizdə məhdudlaşdırmamalı, hətta onları istehlakdan tamamilə uzaqlaşdırmaq lazımdır.

Gununsesi.info bu barədə xarici araşdırmalara istinadən xəbər verir.

Məlumata görə, insanların hər gün düşünmədən yedikləri ən təhlükəli qida əlavələri duz və şəkərdir.

Orqanizmdə duzun artıq olması qan laxtalanmasına və həmçinin qan təzyiqini artıra bilər.

Şəkər öz növbəsində qanda insulinin istehsalını sürətləndirir və yağ toxumasının çökməsinə kömək edir.

Amerikalı alimləri araşdırma aparıblar ki, qidaya tez-tez duz əlavə etmək 2-ci tip diabetin inkişafına səbəb ola bilər.

Gununsesi.info