Pərvin azərbaycanlı kişiləri təhqir etdi

  • By admin
  • 24 Noyabr 2017 22:44


Aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, o, sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanı tərifləyib, azərbaycanlı kişiləri isə təhqir edib:

“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil…Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.

Pərvinin bu müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Ancaq geyimi, davaları ilə gündəmə gələn aktrisa sosial şəbəkədəki tənqidlərə sərt cavab verib:

“Nədi, yenə nə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı eləmişəm. Nə gözləyirdiniz, yalan deyim ki, yaxşısınız? Tərbiyəsiz yazılar, söyüşlər, təhqirlər ancaq bizim oğlanlardan çıxır. Gördüyüm tək şey bizim kişilərin qadınlara sevgi göstərməməsidir. Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.

Gununsesi.info