Pərvin Məmmədovaya VƏZİFƏ VERİLDİ

  • By admin
  • 19 May 2021 12:03

“Bu gündən Qarabağ Dirçəliş Fondunda PR və Kommunikasiya üzrə koordinator, alışdığımız dillə desək mətbuat katibi vəzifəsini icra edəcəyəm”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalist Pərvin Məmmədova öz hesabında paylaşıb.

 

“Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa xidmətim olacağı üçün çox qürurluyam! Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik”, – deyə o yazıb

Qeyd edək ki, o bu vəzifəyə qədər bir sıra qrumlarda mətbuat xidmətinin rəhbəri olaraq çalışıb.

Gununsesi.info