Pərviz Abbasovun həbs müddəti azaldıldı

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun cəzası yüngülləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu gün Ali Məhkəmədə keçirilən iclasda qəbul olunmuş qərara əsasən, onun həbs müddəti 3 ilə endirilib.

Xatırladaq ki, P.Abbasov COVID-19 pandemiyası dövründə xəstələrin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Pərviz Abbasova 8 il 6 ay cəza vermiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya endirmişdi. Tanınmış cərrahın 2021-ci ilin aprelində həbs edildiyini nəzərə alsaq, 1 il sonra onun cəza müddəti baş çatacaq.

 

Gununsesi.info