Pərviz Həşimli: “Dünyada insan hüquqlarını qorumaq ABŞ xarici siyasətinin əsas prioritetlərindən biridir” -AÇIQLAMA

  • By admin
  • 23 Noyabr 2016 11:56

pp

«Donald Trampın prezidentliyindən sonra Amerika Birləşmiş  Ştatlarının dünyada insan hüquqlarının müdafiəsi xəttindən geri çəkiləcəyinə dair bədbin proqnozları bölüşmürəm”. Bu fikirləri Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu Pərviz Həşimli söyləyib. Onun sözlərinə görə, Amerikanın dünyada insan hüquqlarını qoruması dövlət kimi onun xarici siyasətinin əsas prioritetlərindən biridir: “ABŞ-ın Konstitusiyasında dünyada insan hüquqlarının müdafiəsi bu ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri kimi təsbit olunub.  ABŞ Dövlət Katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə ayrıca müavini postu var.  Dövlət Departamenti illərdir ki, dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatlar hazırlayır. Bu hesabatlar Amerikanın həmin ölkələrlə münasibətlərində xüsusi rol oynayır. Birləşmiş Ştatların bu gün dünyadakı etibarı, nüfuzu onun demokratiya ideyalarına sadiqliyinin nəticəsidir. Ona görə də mən düşünmürəm ki,  yeni prezident bu prinsiplərdən imtina edəcək. Bu mümkünsüzdür”.

Anar