Pərviz Həşimli İtaliyada media ilə bağlı beynəlxalq tədbirə qatılacaq

  • By admin
  • 11 Aprel 2023 13:50

Gununsesi.info xəbər saytının baş redaktoru Pərviz Həşimli İtaliyada təşkil olunacaq Beynəlxalq Jurnalist Festifalına dəvət alıb.

Saytımıza açıqlamasında Pərviz Həşimli bildirib ki, 18 aprel tarixində  İtaliyanın Perugia şəhərində təşkil olunacaq festifala dünyanın çoxsaylı ölkəsindən müstəqil medianı təmsil edən jurnalistlər dəvət alıb: “Qeyd edim ki, bu festifal  hər il İtaliyada keçirilən jurnalistika tədbiridir. Bu tədbirdə media ilə bağlı əsasən məruzələr olur, problemlər təhlil edilir”.

 

Şəbnəm

Gununsesi.info