Pərviz Həşimlidən Elmar Məmmədyarova suallar…

  • By admin
  • 01 İyul 2016 16:17

Perviz03 (1)

“Jurnalistlər qanunsuz həbs olunmursa, o zaman nədən, hökumət  Strasburq Məhkəməsində Konvensiyanın 5 və 6-ci maddələrinin pozuntusu ilə bağlı qərarlarla qarşılaşır?”

 

“Mən hələ həbsdə olarkən xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlamışdım ki, əgər o, jurnalistlərin və siyasi fəalların qanunsuz məhkum olunmalarını qəbul etmirsə, o zaman məhkəmə proseslərinin monitorinqi ilə maraqlansın”. Bu sözləri “Gununsesi.info”-ya açıqlamasında keçmiş vicdan məhbusu Pərviz Həşimli xarici işlər naziri Elmar Məmmədyarovun almaniyalı həmkarı ilə birgə mətbuat konfransında “Azərbaycanda söz azadlığı var, heç kəs qanunsuz həbs olunmur” fikrinə münasibətində söyləyib.

el-val

Pərviz Həşimlinin sözlərinə görə, Azərbaycanın məhkəmə hüquq-sistemi müstəqil deyil: “Necə olar bilər ki, mən də daxil olmaqla, mühakimə olunan şəxslərin səmərəli müdafiə hüquqları, digər prosesual hüquqları pozulur, bununla bağlı verilən vəsatətlərin hamısı rədd olunur. Nəzərə alsaq ki, siyasi proseslərdə işə çıxan vəkillər Azərbaycanın  ən populyar vəkilləridir, o zaman onların yazdıqları vəsatətlər həm milli qanunverciliyin,həm də konvesiyanın tələblərinə uyğundur. O zaman nədən, məhkəmələr bu vəsatətləri rədd edir? Yaxud, nədən, sonradan hökumət  Avropa İnsan Hüquqları Məhkəməsində Konvensiyanın 5 və 6-ci maddələrinin pozuntusu ilə bağlı çoxsaylı qərarlarla qarşılaşır? Bu baxımdan hesab edirəm ki, nazir ölkə reallıqlarını təkzib etməyə çalışsa da buna kimsə inanmır”.

Xəyal