Pərviz Həşimlini sərhəddən buraxmadılar- BAŞ REDAKTORDAN AÇIQLAMA

Pərviz Həşimlini sərhəddən buraxmadılar

“Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Gununsesi.info xəbər verir ki, bu barədə baş redaktor özünün sosial şəbəkədəki hesabında  məlumat verib.

Pərviz Həşimli yazır: 

Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5 -i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir. “Sayt işlətmə” deyə ismarıcları nəzərə aldıq. Susub, hər şeyi zamanın axarına buraxdıq. Butün bunlar azmış kimi ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar. Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm”.

P.Həşimli statusunun sonunda yazıb ki, prokurorluğun bu dəfə ona qarşı ədalətli olacağına inanır.

Gununsesi.info

COMMENTS