Moderator.az Pərviz Həşimlinin evinə silah qoyan MTN zabitini tapdı

Moderator.az Pərviz Həşimlinin evinə silah qoyan MTN zabitini tapdı

77232
Pərviz Həşimli: “Çingiz Hacıyevin, Elşən Murtuzovun qanunsuz əməlləri barədə sensasion məlumatlarım var”
Eldar Mahmudovun cinayətkar qruplaşması tərəfindən saxta və qurama ittihamlarla şərlənərək həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli azadlığa çıxandan sonra onu şərləyən bu qruplaşma ilə bağlı ifşasını davam etdirir.
Xatırladaq ki, hələ Eldar Mahmudovun ən qüdrətli dönəmlərində jurnalist Milli Təhlükəsizlik Nazirliyində  cinayətkar qruplaşmanın olduğunu bəyan etmişdi. 2015-ci ildə Pərviz Həşimlinin söylədikləri təsdiqini tapdı və MTN rəhbərliyinə daxil olan 21 nəfər müxtəlif cinayətlər törətmə ittihamı ilə həbsə alınıb.
Bu günlərdə evinə silah qoyan MTN zabitinin adını  açıqlayan jurnalist bildirib ki, nazirlikdə şöbə rəisi işləyən Çingiz Hacıyev bunu edib. Pərviz Həşimlinin araşdırmasında o da üzə çıxıb ki, adıçəkilən şəxs MTN-nin şərlədiyi bütün şəxslərin mənzilinə silah, narkotik qoyurmuş. Onun qurbanlarından biri də sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevdir.
Mədət Quliyevin MTN rəhbərliyinə gətirilməsindən sonra həmin şəxs qanunsuz əmməllərinə görə, orqandan uzaqlaşdırılıb.
Moderator.az Çingiz Hacıyevlə əlaqə yarada bilib. Keçmiş MTN zabiti ona ünvanladığımız sualı aqressiya ilə cavablandırıb: “Nömrəmi haradan almısınız? Kimsən ki, mənə işim barəsində sual verirsən”  deyən Çingiz Hacıyev telefonun dəstəyini asıb.

COMMENTS