Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 % artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
“Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub”, – o qeyd edib.