Pərviz Sultansoy “turkaznews.com”un yaranma zərurətindən danışdı - TÜRKİYƏ JURNALİSTLƏRİ....

  • By admin
  • 31 Yanvar 2017 10:28

perviz

 

Türkiyədə Azərbaycanlı jurnalistlərin xəbər saytı fəaliyyətə basliyib. Gununsesi.info-nun xəbərinə görə, tanınmış jurnalist Pərviz Sultansoy və Vüsalə Mahmudovanın yaratdığı turkaznews.com xəbər saytı qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq, Türkiyə mediasında öz yerini tutmaqdadır.

Saytın təsisçisi Pərviz Sultansoyun saytımıza verdiyi açıqlamasına görə, həm Azərbaycan, həm də türk dilində xəbər yayımı ilə məşğuldurlar: “Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, turkaznews.com saytı artıq öz ziyarətçi kontingentini sürətlə genişləndirir”.

www.turkaznews.com -un yaranma zərurətindən danışan həmsöhbətimiz deyib ki, iki qardaş dövlətin vətəndaşları olsaq da belə Türkiyə cəmiyyəti  Azərbaycana aid xəbərlərlə yetərincə tanış ola bilmir: “Azərbaycan mediasının təmsilçilərindən fərqli olaraq, Türkiyədəki həmkarlarımız bizim mediada gedən xəbərləri  anadolu türkəcəsinə dəyişib, yayımlaya bilmir. Biz qərara gəldik ki, Azərbaycan xəbərlərini, ölkəmizdə baş verən hadisələri türk dilində yayımlayaq. Bu sayt həm də iki qardaş dövlətin informasiya mənbəyi olacaq. Saytımız iki dildə fəaliyyət göstərəcək.  Azərbaycan xəbərlərini türk dilində, Türkiyə xəbərlərini isə Azərbaycan dilində yayımlayacağıq. Əsas məqsədimiz odur ki, ölkəmizi Türkiyədə daha çox təbliğ edək.  Bəzi hallarda görürük ki, Türkiyə mediası bilməyərəkdən Azərbaycan haqqında həqiqəti əks etdirməyən xəbərlər yayırlar, biz bunun qarşısını almağa çalışacağıq”.

turkaznews

www.turkaznews.com/az-AZ/

Gununsesi.info