Pəncşiri ələ keçirən “Taliban”dan ŞOK GEDİŞ: "Dünya hələ görməzdən gəlir"

  • By admin
  • 10 Sentyabr 2021 09:00

“Taliban”ın Pəncşir əyalətindən minlərlə insanı qovub və etnik təmizləmə aparır”.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri “Twitter”də məlumat verib.

“Taliban” minlərlə insanı Pəncşirdən qovdu. Etnik təmizləmə aparırlar. Dünya hələ də vəziyyəti izləyir və görməzdən gəlir “, – paylaşımda deyilir.

Müqavimət nümayəndəsi beynəlxalq birliyi müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, avqustun əvvəlində “Taliban” Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi. Avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürd. Bir gün sonra Əfqanıstanda müharibənin bitdiyini və ölkədəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını açıqladı.

Avqustun 31-i gecə saatlarında Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqladı.

Gununsesi.info