Azərbaycanın 6 qat dünya çempionu göz yaşları axıtdı – Sosial medianı silkələdi - VİDEO

  • By admin
  • 11 Mart 2020 12:51

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev TV 8-də yayımlanan “Survivor” yarışmasında göz yaşlarını saxlaya bilməyib.

Gununsesi.org xəbər verir ki,  “məşhurlar” komandasında yarışan idmançı dünənki buraxılışda mükafat olaraq ailə üzvlərinin fotolarını görüb, yazılan mesajları oxuyub.

Dünya çempionu oğlanları: Yusif və Oğuzxanın fotolarını görərək ağlamağa başlayıb. O, həmçinin xanımından gələn mesajı da oxuyub.

Həmin kadrlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.