Pərviz Həşimli Britaniya səfirliyində media azadlığının durumunu müzakirə edib

  • By admin
  • 11 Avqust 2022 15:40

Gununsesi.info xəbər saytının baş redaktoru, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri  Pərviz Həşimli  Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə insan hüquqları və media sahəsindəki vəziyyəti müzakirə edib.

Bununla bağlı Həşimli sosial şəbəkə hesabında yazıb:

Birləşmiş Krallıq Azərbaycanda ifadə azadlığına dəstəyində sadiqdir

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə ölkəmizdə insan hüquqlarının durumu, ifadə azadlığı sahəsində problemlərə həsr olunan müzakirələrimiz oldu.

Səfirlik əməkdaşlarının məsələlərlə bağlı suallarını cavablandırdım, problemləri sadaladım.

Vəkil Bəhruz Bayramovun nazir oğlunun hədəfində olması barədə faktlardan danışdım.

Gəldiyim qənaət budur ki, Böyük Britaniya Avropa İttifaqını tərk etsə də insan hüquqları, media azadlığı məsələlərində siyasətinə sadiqdir”.

Günay Təhməzova

Gununsesi.info