PA yetkilisi Fərəh Əliyeva da Naxçıvan «xan»ından qorxur - Xalq artistindən şok iddia

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Şirməmməd qızı Əliyeva Naxçıvan «xan» Vasif Talıbovdan qorxur.

Gununsesi.info-nun xəbərinə görə, bu iddia Azərbaycan xalq artisti Həsən Ağasoya aiddir.

HTML tutorial

Bəs xalq artisti niyə bu qənaətə gəlib?

Gəlin, ən yaxşısı, bu sualın cavabını xalq artistinin özündən xəbər alaq.

Həsən Ağasoy öz Facebook statusunda bu qənaətinə belə aydınlıq gətirir:

«Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban  xanıma  öz işimlə bağlı yazdığım şikayət məktubum Fərəh xanımın göstərişi ilə məktublar şöbəsində ilişib qalıb.Səbəbini məktublar şöbəsindən soruşdum. Fərəh xanım deyib ki, məktub Naxçıvandan gəldiyinə görə saxlanılır. Görünür, Fərəh xanım da Naxçıvan rəhbərliyindən ehtiyat edir ya da qorxur. Artıq 6 aya yaxındır ki, məktubuma cavab verilmir. Çünki məktub gərək Mehriban xanıma çatdırıla ki, cavab da verilə. Bir sənət adamına olan hörmətsizlikdir bu! Buna başqa nə ad vermək olar?»

Gununsesi.info