Pakistan, Əfqanıstanın Loqar vilayətində iftar vaxtı bomba yüklü vasitə ilə həyata keçirilən terror hücumunu şiddətlə qınadığını açıqladı.
Gununsesi.info xaric KİV-ə istinadən xəbər verir ki, dünən baş verən terror hücumunda 30 nəfər həyatını itirdi, 90-dan çox insan isə yaralandı.
Pakistanın Xarici İşlər Nazirliyi tərəfidən edilən açıqlamada Pakistan hökümətinin terror hadisəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı verdiyini, yaralanlara isə tez bir zamanda sağalmaqlarını dilədiyini qeyd edib.
Gununsesi.info