Pakistan ABŞ-la hərbi sahədəki əməkdaşlığını dayandırdı

  • By admin
  • 10 Yanvar 2018 12:36

Pakistan ABŞ-la hərbi və kəşfiyyat xidməti sahəsindəki əməkdaşlığını dayandırdı.

Gununsesi.info yerli “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Hürrəm Dastqira Xan deyib.

“Biz ABŞ-la hərbi və kəşfiyyat sahəsindəki genişmiqyaslı əməkdaşlığı dayandırdıq”- deyə, nazir bildirib.

Strateji Araşdırmalar İnstitutunda çıxış edən nazir deyib ki, ABŞ Əfqanıstanda milyardlarla dollar xərcləməsinə baxmayaraq, məğlubiyyətə uğrayıb. “Dawn” qəzetinin yazdığına görə, müdafiə naziri Hürrəm Dastqira Xan əlavə edib ki, Vaşinqton Əfqanıstandakı məğlubiyyətini Pakistanın üstünə yıxmaqla, bizdən “qurbanlıq keçi” kimi istifadə etməyə çalışır. “Pakistan öz qurbanları üçün qiymət təyin etməyə çalışmır, amma istəyir ki, onları tanısınlar”- deyə, nazir deyib.

Hazırladı Mürtəza

Gununsesi.info