Pakistan Azərbaycana təşəkkür etdi

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Azərbaycana təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN rəhbəri özünün Twitter hesabında yazıb.

HTML tutorial

“Təşəkkürlər Azərbaycan”, – deyə Bilaval Bhutto Zərdari ölkəmizin buradakı səfirliyinin Azərbaycanın Pakistana ayırdığı yardımla bağlı paylaşımına istinad edərək bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistanda çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Gununsesi.info