Pakistan Azərbaycanla əlaqələri güclü iqtisadi tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir

  • By admin
  • 07 Oktyabr 2016 19:40

img2212456

 

Pakistan Azərbaycanla müxtəlif sahələrdə münasibətləri möhkəmləndirmək, onların səviyyəsini dostluq münasibətlərindən güclü iqtisadi tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Pakistanın Baş naziri Navaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşündə deyib.

O bildirib: “Azərbaycan və Pakistan arasında ticarət və işgüzar münasibətlərin inkişafı bizim üçün prioritetdir”.

Ə.Əlizadə isə əmin olduğunu bildirib ki, iki ölkə arasında ikitərəfli münasibətlər hər iki tərəfin birgə səyləri sayəsində daha da dərinləşəcək.

 

 

Gununsesi.info