Pakistan ordusu Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Nəşr yazır ki, artilleriya atəşi təxminən 10-15 dəqiqə davam edib. Əfqan tərəfi cavab zərbəsi endirməkdən imtina edib və bunu İstanbulda davam edən sülh dialoquna hörmətlə əsaslandırıb.
Qeyd edək ki, son günlər iki ölkə arasında sərhəd toqquşmaları və qarşılıqlı bombardmanlar intensivləşib.












